Pacemaker və corosync 2 + 1 = Quorum
Cluster qurduğumuz zaman quorum yaranması üçün 3 node ehtiyac olduğunu və bilərəkdən bu qaydanı pozaraq 2 node cluster yaradacağımı qeyd etmişdim.
Quorum — Cluster daxilində Split brain (necə tərcümə edəcəyimi bilmədim :D) hallarının yaranmasının qarşısını almaq üçün bir mexanizmdir. Mexanizmin kökündə səsvermə sistemi dayanır. Nümunə üçün əgər 3 node-luq cluster-də server-lərdən biri sıradan çıxarsa səsvermə başlayır və səsvermə nəticəsinə əsasən nasaz sayılan node başından güllə ilə vurulur — öldürülür. STONITH — Shoot-The-Other-Node-In-The-Head
Split brain — Cluster daxilində məlumatlara müdaxilə edən iki müstəqil qrupun yaranması halıdır. Yəni 5 node olan cluster daxilində aralarındakı şəbəkə probleminə görə 2 və 3 node-dan ibarət iki qrup yaranarsa bu Split brain halıdır.
Yeni node əlavə edilməsi üçün cluster qurulumu zamanı cluster üzvlərinin hər ikisində edilmiş ayarlar yeni node üzərində də edilir. Həmçinin hər 3 node-da /etc/hosts faylına 3-cü node barədə məlumat daxil edilir.
Yeni node-u mövcud cluster ilə tanış etmək üçün aşağıdakı əmri icra edək. Bu əmr cluster-də mövcud olan node-lardan birində işlədilməlidir. Bizim nümunədə bu node1.medium.local olacaq.
pcs cluster auth node3.medium.local
Təsdiq cavabı aldıqdan sonra yeni node cluster-ə əlavə edilə bilər. Eyni node-da aşağıdkı əmri icra edirik.
pcs cluster node add node3.medium.local
Növbəti addım əlavə ediləcək node-da atılacaq. Bir daha cluster ilə əlaqəni yoxlayaq və start edək.
pcs cluster auth
pcs cluster start
pcs cluster enable
Yeni node cluster-ə əlavə edilmişdir. status-u yoxlayaq.
pcs cluster status
Quorum statusunu yoxlayaq.
corosync-quorumtool -s
That’s all Folks :)